BDU-da kafedra müdiri vəfat etdi
Bizi izləyin

Qırmızı.az

BDU-da kafedra müdiri vəfat etdi

Bakı Dövlət Universitetinin "Slavyan ölkələri tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Tofiq Talış oğlu Vəliyev vəfat edib. Bu barədə Milli.Az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovaməlumat verib.



Tofiq Vəliyev 1934-cü il may ayında Ağdam şəhərinin Kürdlər kəndində müəllim ailəsində anadan olub. 1948-1951-ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil almışdır. 1951-1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləmişdir. 1953-1958-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumuş, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix institutuna göndərilmişdir. 1960-1963-cü illərdə İnstitutun əyani aspiranturasında təhsil almışdır. 1966-cı ildə "XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1986-cı ildə "XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə müsabiqə yolu ilə BDU-nun tarix fakültəsinə professor vəzifəsinə keçmişdir. 1993-cü ildən bu günədək fakültənin "Slavyan ölkələri tarixi" kafedrasının müdiri vəzifəsində işləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm