Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib
Bizi izləyin

Qırmızı.az

Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov 26 may 2014-cü il tarixdə Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin vətəndaşlarını qəbul edib.

50-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda 20-ə yaxın müraciət Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.

15-dən artıq müraciət idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri ilə bağlı olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamıtində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 15-ci vətəndaş qəbuludu. Şəmkirdən öncə nazir İsmayıllı, Lənkaran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və Masallıda vətəndaşları qəbul edib.

İsmayıllıda baş tutan qəbul da daxil olmaqla nazir Azad Rəhimov ümumilikdə 600-dən çox vətəndaş qəbul edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm