Qırmızı.az
Kəmaləddin Heydərov 6 rayonun sakinləri ilə görüşəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 30 may 2014-cü il tarixində Lerik şəhərində, Lerik şəhər Mədəniyyət evinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda yalnız Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə, Cəlilabad və Masallı rayonları sakinlərinin qeydiyyatı Cəlilabad rayon DYMH-nin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, H.Əliyev prospekti 448), Yardımlı rayonu sakinlərinin qeydiyyatı Yardımlı rayon DYMH-nin inzibati binasında (ünvan: Yardımlı şəhəri, H.Əliyev prospekti 25), digər rayonların sakinlərinin qeydiyyatı isə Lerik şəhər Mədəniyyət evinin inzibati binasında (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi 22) 29 may 2014-cü il tarixində saat 10.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu