Jurnalist ikinci dəfə əfv olundu
Bizi izləyin

Qırmızı.az

Jurnalist ikinci dəfə əfv olundu

Azərbaycanda jurnalist ikinci dəfə əfv olunub.

Azərbaycan prezidenti İlham Əliyev bu gün məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv olunan şəxslərin arasında jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) da var.

F. Novruzoğlu 2012-ci il avqustun 22-də Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

F. Novruzoğlu həmin il aprelin 18-də həbs olunub. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrinə əsasən ittiham olunub.

Xatırladaq ki, Fərəməz Novruzoğlu bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

O, 2007-ci ildə də Azərbaycan prezidentinin imzaladığı fərmanla əfv olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə 157 nəfər azadlıqdan məhrumetmə, 2 nəfər şərti, 1 nəfər islah işləri, 11 nəfər cərimə cəzasından azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm