• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müşfiqabad Mədəniyyət evi istifadəyə verildi

Müşfiqabad Mədəniyyət evi istifadəyə verildi

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Müşfiqabad Mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verildi.

Mədəniyyət evində əsaslı təmir və yenidənqurma işləri “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun həyata keçirilmişdir.

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Ağalar Vəliyev və digər qonaqlar iştirak edirdi.

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, son illər müvafiq dövlət proqramına uyğun olaraq yeni təhsil və mədəniyyət ocaqları tikilir və mövcud mədəniyyət müəssisələri əsaslı təmir olunur.

Nazir müavini Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətə, incəsənətə, musiqi təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. Xüsusi ilə vurğulamışdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi və təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Bütün bunlar bizi sevindirir.

Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlərin rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasına, mövcud və yaradılan infrastruktur layihələrin müasir standartlara cavab verməsinə xidmət etdiyini söyləmişdir. Müvafiq Dövlət Proqramına əsasən rayonun digər qəsəbələrində də mədəniyyət ocaqlarında da əsaslı təmir işlərinin aparıldığı və sakinlərin istifadəsinə verildiyini diqqətə çatdırdı. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli Sərəncamı əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın çərvəsində rayonun Qızıldaş qəsəbəsində 350 yerlik mədəniyyət mərkəzinin (kitabxana daxil olmaqla) yeni binasının tikintisi getdiyini bildirdi.

Qeyd olunmuşdur ki, ümumi sahəsi 2850 kvadratmetr olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar mövcuddur.
Bu mərtəbədə, həmçinin Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı (Müşfiqabad qəsəbə kütləvi kitabxanası) fəaliyyət göstərəcəkdir. Hazırda kitabxana 13302 nüsxə kitab fonduna, 1488 nəfər oxucu sayına, 11990 nüsxə kitab saxlancına malikdir.

Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar yerləşir.

Sonda mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında konsert proqramı təqdim edildi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR