• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

Millət vəkili konfrans keçirdi

Millət vəkili konfrans keçirdi

Əksəriyyəti ilk dəfə Azərbaycanda olan 30 Gürcüstanlı gənc fəalının iştirakı ilə keçirilən konfrans maraqlı məqamlarla yadda qaldı.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin (ABAi İB) təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi, “SOCAR-Georgia”, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin dəstəyi ilə respublikamızda tanışlıq səfərində olan gürcü gənclərinin 30 nəfərlik heyətinin iştirakı ilə bugun BMM-də konfrans keçirildi. “Azərbaycan – Gürcüstan münasibətləri: gənclərin yeri və rolu” mövzusuna həsr olunan konfransda millət vəkilləri, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşanidze, Azərbaycan gənclər hərəkatının veteranları, ictimai fəal gənclər, KİV təmsilçiləri və b. iştirak edirdi.

Konfransı açıq elan edən Qənirə Paşayeva, gürcü gənclərinin respublikamıza səfərinin məqsədindən söz açaraq, səfərin Azərbaycan və Gürcüstan gəncləri arasında daha sıx körpülərin qurulması, Gürcüstan gənclərinin Azərbaycanı və həqiqətlərimizi daha yaxından tanıması, bilməsi və yeni əlaqələrin, əməkdaşlıqların qurulması baxımından faydalı olacağını qeyd edərək, Gürcüstanlə gənclərinin bu səfərinin ümumən tariximiz, mədəniyyətimiz ilə daha yaxından tanışlıq xarakteri daşıdığını dedi.

26 may – Gürcüstanın Milli Bayramı və qarşıdan gələn 28 may – Azərbaycanın Respublika Günü münasibəti ilə təbriklərini çatdıran xanım Paşayeva, konfransın belə bir anlamlı gündə keçirilməsini təsadüfi saymadığını dedi. Gürcüstandan gəlmiş nümayəndə heyəti üzvlərinin tam əksəriyyətinin ilk dəfə Azərbaycanda olduğunu deyən Q.Paşayeva, bu görüşün, bütün iştirakçıların yaddaşında iz salacağına inandığını söylədi.

Q.Paşayeva, iki dost ölkəni və xalqlarımızı bir çox böyük layihələrin – o cümlədən, “Bakı-Tiflis-Ceyhan”, “Bakıl-Tiflis-Ərzurum”, “Bakı-Supsa” neft-qaz, “Bakı-Tiflis-Qars” dəmir yolunun, elektrik xətlərinin, tarixi ipək yolunun birləşdirdiyini, lakin ilk növbədə dostluq, strateji müttəfiqlik dəyərləinin birləşdirdiyini vurğuladı. O dedi: “Biz mehriban qonşular, sadiq dostlarıq. Bu mehribanlıq və dostluq tarixin dərinliklərindən süzülüb gəldiyi kimi, bizim dövrdə ulu öndər Heydər Əliyevin Gürcüstanla münasibətlərin inkişafına verdiyi xüsusi önəm və həyata keçirilən böyük işlər sayəsində daha inkişaf etmişdir. Bugün də, cənab prezidentimiz İlham Əliyev öz Gürcü həmkarı ilə sıx əməkdaşlıq edərək, münasibətlərimizin daha da güclənməsinə töhfələr verməkdədir. Cənab prezidentin Azərbaycan şirkətlərini Gürsüstana inverstisya yatırmağa çağırmasının ardınca neçə dövblət və özəl şirkətin Gürsütsanda irimiqyaslı layihələrə başlayıb.

Ayrıca qeyd etməliyik ki, Heydər Əliyev Fondu, şəxsən Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Gürsütanda, Fondun missiyasına uyğun yaddaqalan layihələr gerçəkləşdirilib.

Siz gənclərin də əsas vəzifələrindən biri tarixə, bugünə hörmət bəsləyərək, gələcəyə hazırlanmaqdır...

Bizi əlbəttə, problemlərimiz də birləşdirir: Dağlıq Qarabağ, Güney Osetiya və Abxaziya kimi... Ümidvaram ki, siz gənclərin gücü, intellekti çatacaq ki, həqiqətlərimizi xarici həmyaşıdlarınıza birgə paylaşa, dövlətlərimizin beynəlxalq platformalarda bir-birini müdafiə etdiyi kimi sizlər də bir-birinizə arxa-dayaq durasınız.

İnşallah növbəti belə tədbirlərimizi Bakı, Gəncə, Sumqayıt, Tiflis, Kutaisi ilə yanaşı işğaldan azad edəcəyimiz torpaqlarda keçirəcəyik!”

Sözə hər iki respublikanın əlamətdar bayramlarını təbriklə başlayan Gürcüstanın Azərbaycandakı səfiri cənab Teymuraz Şaraşanidze öz çıxışında, Azərbay­canın və Gürcüstanın dövlət siyasəti çərçivəsində görülən işlərdən, bu siyasətə uyğun olaraq ictimai təsisatların, nüfuzlu ziyalıların da qarşılıqlı məhəbbət doğuran işlərə imza atmasından söz açdı. Bu mənada, təmsil etdiyi ölkə gənclərinin böyük heyətlə Azərbaycana tanışlıq səfərinə gəlməsini əlamətdar hal saydığını bildirdi; belə layihələrin önəmini qeyd edərək, gələcəkdə bu istiqamətdə yeni layihələrin keçirilməsinin məqsədəuyğun olduğunu dedi.

Azərbaycanı böyük, güclü Qafqaz ölkəsi kimi qəbul etdiklərini deyən səfir, Avropya inteqrasiyada, iri enerji layihələrində digər vacib mövzularda işbirliyi içində olmağın Gürcü tərəfi üçün məmnunluq doğurduğunu dedi. Siyasi, iqtisadi, humanitar, mədəniyyət və s. sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini deyən T.Şaraşanidze, çıxışının sonunda bir daha bütün təşkilatçılara öz ehtiramını ifadə etdi.

Xankəndindən seçilmiş millət vəkili Flora Qaımova, bir əsrdə iki dəfə öz müstəqilliyinə qovuşmağın heç də hər xalqa nəsib olmadığını, iki qonşu xalq olaraq, Azərbaycanlılar və gürcülərin daim bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə hörmət bəslədiyini qeyd etdi. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzündən söz açan xanım millət vəkili, şahidi olduğu ağrı-acılardan danışarkən, Azərbaycanlı qaçqın və məcburi köçkünlər kimi gürcü qaçqın və məcburi köçkünlərinin halını da biləvasitə öz üzərində hiss edə bildiyini vurğuladı.

Millət vəkili prof.dr. Musa Qasımlı gürcü arxivlərinə işləyərkən rastlaşdığı və geniş ictimaiyyətin xəbərdar olmadığı tarixi faktlardan, gürcü alimləri ilə sıx dostluq və əməkdaşlıq əlaqələrindən, şahidi olduğu hadisələrdən söz açdı. O, bir Avropa elmi mərkəzi tərəfindən keçirilən və Gürcü tələbələrinin qatıldığı sosioloji sorğunun nəticəsindən söz açaraq, “səfərə çıxsan hansı Qafqaz xalqının nümayənədsi ilə yoldaşlıq etmək istərdin?” sualına 100% nəticə ilə “Azərbaycanlılarla...” cavabının verildiyini mənunluqla qeyd etdi.

Tədbirdə həmçinin Gürcüstan Gənclər və Uşaq Fondunun şöbə müdiri Mate Qabitsinaşvili, jurnalist Lika Jorjoliani, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Gənclər Təşkilatı sədri Nərgiz Əliyeva, “Quria-Nyus”un əməkdaşı İrma Mesxia, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı, Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri, “Hərbi and”ın baş redaktoru Emin Həsənli, gənc fəal Fərid Şahbazlı çıxış etdilər, belə görüşlərin önəmindən, ictimai fəal qüvvələrin üzərinə düşən mənəvi məsuliyyətdən söz açdılar.

Gürcüstanlı gənclər Azərbaycandan, bakıdan zəngin təəsüratlarla ayrılacaqlarını, Azərbaycanlı qonaqpərvərliyini unutmayacaqlarını söylədilər.

Qarşılıqlı hörmət ifadə edən çıxışlar, geniş fikir mübadiləsi, maraq doğuran məsələlərə dair mülahizələrin səsləndirilməsi ilə müşiyət olunan konfransın sonunda Gürcüstanlı gənclərə hər iki ölkənin qoşa bayraqları, Azərbaycan mədəniyyətini əks etdirən suvenirlər, habelə Azərbaycan həqiqətlərinin əks olunduğu “film-kataloq” və digər elektron-materiallar, xatirə hədiyyələri təqdim olundu.

Publika.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>