“Ziyalılar hər zaman dövlətin yanında olsunlar” – Zəlimxan Yaqub
Bizi izləyin

Qırmızı.az

“Ziyalılar hər zaman dövlətin yanında olsunlar” – Zəlimxan Yaqub

“Ziyalılar hər zaman dövlətin yanında olsunlar” – Zəlimxan Yaqub

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan əfv sərəncamına görə dövlət başçısına təşəkkür ünvanlayıb.

Z.Yaqub Publika.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, yenə də xeyirxah işini davam etdirir:

“Bu fərman Azərbaycan xalqının ürəyincədir. İndi çox ailə bu fərmana sevinir və əminəm ki, gələcəkdə də çox ailələr sevinəcək. Mən münasibətlə Azərbaycan xalqını təbrik edirəm və Cənab Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Z.Yaqub Azərbaycan cəmiyyətində və ictimai-siyasi proseslərdə ziyalıların fəal olmamasından da gileylənib:

“Gərək ziyalılar hər zaman dövlətin və millətin yanında olsunlar. Mənim bir sıra ziyalılara iradlarım da var. Onlar gərək cəmiyyətdə daha da fəal olsunlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm