Milli-mənəvi dəyərlər mövzusu Gəncədə müzakirə olundu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Milli-mənəvi dəyərlər mövzusu Gəncədə müzakirə olundu - FOTOLAR

Milli-mənəvi dəyərlər mövzusu Gəncədə müzakirə olundu-FOTOLAR

“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “Milli- mənəvi dəyərlərimiz və görkəmli şəxsiyyətlərimizin mətbuat və sosial şəbəkələrdə təbliği” adlı layihəni davam etdirir.

Layihə çərçivəsində növbəti ictimai müzakirə Gəncə şəhərində baş tutub. Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşkilatı dəstəyilə baş tutan tədbirdı rayon icra hakimiyyətinin əməkdaşları, ziyalılar, QHT və media təmsilçiləri, Gəncədən olan fəal gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev qonaqları salamlayaraq, Gəncə şəhərinin bu günə qədər keçdiyi uğurlu inkişaf yolundan söz açıb. N.Həmzəyev milli-mənəvi dəyərlər və görkəmli şəxsiyyətlərin təbliği məsələsinin dövlət siyasətində prioritet istiqamət təşkil etdiyini və müvafiq dövlət qurumlarının, Heydər Əliyev Fondunun bu sahədəki faəliyyətinin olduqca təqdirəlayiq olduğunu qeyd edib.

Daha sonra çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı layihənin əhəmiyyətindən söz açaraq, icra müddətində görülən işlər haqqında məlumat verib. Birlik sədri Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimiz və tarixi şəxsiyyətlərimizin qorunması və təbliği istiqamətində olduqca mühüm işlər gördüyünü xatırladaraq, bu prosesdə gənclərin də böyük məsuliyyət düşdüyünü qeyd edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Fərid Qəhrəmanov təmsil etdiyi qurumun fəaliyyəti və maliyyələşdirdiyi layihələr haqqında geniş məlumat verərək, “Milli- mənəvi dəyərlərimiz və görkəmli şəxsiyyətlərimizin mətbuat və sosial şəbəkələrdə təbliği” layihəsinin aktuallığına toxunub.

Daha sonra çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, AMEA Gəncə Bölməsinin akademik katibinin müavini Samir Pişnamazzadə, “İslahatçı Gənclər” İB-nin baş katibi, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli ziyalıların, ictimai-siyasi xadimlərin və gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərin, görkəmli şəxsiyyətlərin qoruması və təbliğinin daha effektiv yolları mövzusunda debat və ictimai müzakirələrin keçirilməsinin mühüm rolundan danışıblar.

Tədbir ziyalılar və gənclərin müzakirələri ilə davam edib.

//Editor.az

10352726-744190482298493-1850461350-N

2

10405807-744191015631773-1508119941-N

haciss

10370788-744191042298437-311389543-N

11

Oxumağa davam et
Reklam
Reklam

Gündəm