Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi təyin edilib
Bizi izləyin

Qırmızı.az

Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi təyin edilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində yeni təyinat olub.

Xidmətdən Publika.az-a verilən məlumata görə, jurnalist Yaşar İsakov Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, Yaşar İsakov Press24.az saytının baş redaktoru idi.

Ondan öncə isə Y. İsakov “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Yaşar İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyində çalışıb, Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm