Qırmızı.az
Bu günə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 16-20°, gündüz 26-31° isti, Bakıda gecə 18-20°,
gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət
gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağış
yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 19-21° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağış
yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 26-31° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağış
yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 25-30° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli
yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperatur gecə 16-21°, gündüz 28-33° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə
və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı
ehtimalı var.
Temperaturun gecə 18-20°, gündüz 27-32° isti, dağlarda gecə 13-16°
isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji
amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən
əlverişlidir.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO