• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əfvin icrasına başlanılıb

Əfvin icrasına başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında mayın 26-da imzaladığı sərəncamın icrasına başlanıb.

Publika.az-ın məlumatına görə, bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus müəssisələrdə Qeyri-Hökumət təşkilatlarının, mətbuatın nümayəndələrinin, hüquq müdafiəçilərinin iştirakı ilə Əfv sərəncamının icrasına başlanılıb.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan tam azad ediliblər.

Əfv olunan şəxslər arasında jurnalist Fərəməz Allahverdiyev, AXCP-nin Suraxanı rayon təşkilatının üzvü Rahib Hacıyev və AXCP-nin keçmiş üzvü Daşqın Məlikov da var. Əfv olunanlardan 13-ü İran İslam Respublikasının, 1-i Əfqanıstan, 1-i Türkmənistan və 1-i Belarus vətəndaşlarıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR