• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu rayonlarda qaz fasilələrlə veriləcək

Bu rayonlarda qaz fasilələrlə veriləcək

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görüləcək işlər ilə əlaqədar bu gün saat 15:00-dək Lənkəran rayonunun bir hissəsinə, qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 12:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinin bir hissəsinə, saat 14:00-dək İsmayıllı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.

Eləcə də 300 mm-lik siyirtmənin dəyişdirilməsi və 500 mm-lik "Böyükşor-Modul-30-cu sahə" qazpaylayıcı stansiyasına gedən qolun üzərində baypas xəttinin quraşdırılması, qaznəqli sistemində daxili tənzimləmə işlərinin aparılması, "Siyəzən-1" qazpaylayıcı stansiyasına gələn 325-mm-lik orta təzyiqli qaz kəmərində təmir işlərinin görülməsi, qazpaylayıcı stansiyalarda ölçü qovşaqlarının və qaztənzimləyicilərin quraşdırılması, qaznəqli sistemində yenidənqurma işlərinin aparılması, Dağ Kəsəmən və Yenigün kəndlərində istismar müddəti başa çatmış qaztənzimləyici qurğuların əvəz olunması, təmir-bərpa və qaz xətləri üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar saat 18:00-dək Nizami rayonuna, Biləsuvar, Siyəzən, Xaçmaz, Göyçay, Ağdaş, Samux və Ağstafa rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR