Sürücülərin diqqətinə: yol 10 gün bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

Sürücülərin diqqətinə: yol 10 gün bağlı olacaq

Mayın 26-dan 27-nə keçən gecə 00:00-dan Həsən Əliyev küçəsinin bir hissəsi avtomobillərin hərəkəti üçün bağlanıb.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Publika.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissəsi təmir-tikinti işləri ilə əlaqədar bağlanıb.


Artıq kommunikasiya xətti ilə bağlı doldurulmuş xəndəklərin kipləşdirilməsi, kommunikasiya quyularının dəmir-beton piltələrinin dəyişdirilməsi işlərinə başlanılıb. Bundan sonra isə köhnə asfalt qaşınaraq yenisi ilə əvəz olunacaq.


Təmir işlərinin 7-10 günə bitəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm