Rauf Mirqədirovun anasından Prezidentə müraciət
Bizi izləyin

Qırmızı.az

Rauf Mirqədirovun anasından Prezidentə müraciət

Ermənilərlə işbirliyində təqsirli bilinərək həbs edilən "Ayna-Zerkalo" qəzetinin siyasi şərhçisi Rauf Mirqədirovun anası Rəfiqə Mirqədirova Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət edib.


Azvision.az xəbər verir ki, R.Mirqədirova ölkə rəhbərliyindən oğlunun azadlığa buraxılmasını xahiş edib.


" Oğlum saf və təmiz insandır, xahiş edirəm ki, bütün bunları nəzərə alaraq onu buraxsınlar. Onun cavanlığına, atasının rəhmətə getməsinə, anasının yaşlı qadın olmasına görə günahından keçsinlər”.


Xatırladaq ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm