“O, Qırğızıstanda mətbəəyə 60 min pul atmışdı” –Tanınmış jurnalist
Bizi izləyin

Qırmızı.az

“O, Qırğızıstanda mətbəəyə 60 min pul atmışdı” –Tanınmış jurnalist

“O, Qırğızıstanda mətbəəyə 60 min pul atmışdı” –Tanınmış jurnalist

Tanınmış jurnalist Azər Həsrət Qırğızıstandakı diaspor nümayəndəmiz, haqqında son günlər sensasion məlumatlar yayılan Nüsrət Məmmədovun bu ölkədə törətdiyi əməllərə münasibət bildirib.

Jurnalist AzNews.az-a açıqlamasında bildirib ki, Nüsrət Məmmədov haqqında çox eşidib və hətta tədbirlərin birində görüşləri də olub: “2012-ci il mayın 7-də Bişkekdə Azərbaycan səfirliyi H.Əliyevin doğum gününü qeyd edirdi. Mən də dəvətli idim. Bu adamı orda görmüşdüm. Amma sözüm onda deyil. Elə həmin günlərdə Bişkekdə dostum, Qırğızıstanın ovaxtkı ombudsmanı Tursunbek Akunla görüşə getmişdim. O, məndən üzrxahlıq edib başqa yerdə olduğunu, amma yenə də ofisə keçib, onu gözləməyimi xahiş etmişdi. Biz də Qırğızıstanın Böyük Britaniyadakı keçmiş səfiri, yaxın dostlarımdan biri Kuban Mambetaliyevlə birlikdə Ombudsman idarəsində oturub onu gözləyirdik. Bu arada bizdən bir qədər aralıda gənc bir işçi qız bilgisayara ona diktə edilən mətni yazırdı. Diktə edən də elə mən yaşda olan bir qırğız idi. Birdən adam mənim üzümə baxıb, "Nüsrət Məmmədov sizsiniz?"deyə soruşdu. Rusca təbii. Mən də çaşıb qaldım və dedim ki, yox. Sonra soruşdum ki, nə məsələdir? Dedi bu Nüsrətdən ombudsmana şikayət daxil olub. Hardasa 60 min dollar pul atıb bir mətbəəyə. Yanılmıramsa, H.Əliyevlə bağlı kitab çap elətdiribmiş, amma pulunu vermirmiş. Alacaqlı da daha haralara şikayət etməyib? Amma bir nəticəsi olmadığından ombudsmana müraciət edibmiş. Bu olaydan sonra bu Nüsrətin kimliyilə maraqlandım. Kaş ki, maraqlanmayaydım. Daha nələr danışmadılar mənə? İndi AzNews.az-da və digər saytlarda yazılanları oxuduqca düşünürəm ki, gərək elə o vaxt mən özüm bu məsələni ictimailəşdirəydim. Amma olsun, yenə də Əziz müəllim cəsarət tapıb bunları açıqlayıb. Doğrudan da bu adam Qırğızıstanda Azərbaycanı biabır etməklə məşğuldur. Halbuki həmin ölkədə qırğızlar azərbaycanlıların başına and içir...”

Qeyd edək ki, Qırğız Xalqı Assambleyasına daxil olan, Qırğızıstanda yaşayan azərbaycanlıların, Qırğız Respublikasının əməkdar hüquqşünası, “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev AzNews.az-ın elektron poçtuna göndərdiyi məktubda Nüsrət Məmmədovun bu ölkədə törətdiyi inanılmaz cinayətlər barədə məlumat vermişdi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm