Böyükşorda evlər söküləcək
Bizi izləyin

Qırmızı.az

Böyükşorda evlər söküləcək

Böyükşor qəsəbəsinin sakinləri bir həftədən sonra yaşadığı ərazidən köçürüləcək. Bu barədə ANS PRESS-ə Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Güləmmədov deyib.


O, bildirib ki, qəsəbədə 90-na yaxın yaşayış evi var və hamısında ölçü işləri aparılıb. Sənədləşmə işləri başa çatdıqdan sonra Böyükşor qəsəbəsinin sakinlərinin evləri sökülərək ərazidən köçürüləcək. Sənədləşmə işlərinin bir həftəyə başa çatdırılması nəzərdə tutulub.


Xatırladaq ki, ötən gün Bakıda Böyükşor qəsəbəsinin sakinləri evlərinin sökülməməsi ilə bağlı etiraz aksiyaı keçirmişdi. Sakinlər bildirirdilər ki, Böyükşorda Olimpiya stadionunda tikinti işləri davam etdiyinə görə, stadiona yaxın “Daşkarxanası“ kimi tanınan ərazidə yerləşən evlərə ciddi zərər dəyib.

“Evlərimizin divarları çatlayıb. Kommunal xətlər sıradan çıxıb. Tikintidə ağır texnikadan istifadə edildiyinə görə, evdə oturmaq olmur. Bu səbəbdən evlərin divarları zədələnib. Uçma ehtimalı var. Tələb edirik ki, bir halda ölçü işləri aparıblar, gəlib, evlərimizi söksun, bizi başqa yerə köçürsünlər. Artıq səbrimiz tükənib. Dözə bilmirik”, – deyə aksiya iştirakçıları şikayət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm