26 məhkum azadlığına qovuşub
Bizi izləyin

Qırmızı.az

26 məhkum azadlığına qovuşub

Bu gün Ədliyyə Nazirliyi Pentensiar xidmətin Qaradağ rayon ərazisində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində Prezident İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Trend-in məlumatına görə, müəssisədə 13 nəfərə cəzasının çəkilməmiş hissəsindən azad olunması haqqında buraxılış vəsiqəsi təqdim olunub. Onların arasında bir İran və bir Belarus vətəndaşı da olub.

Mərasimdə Pentensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov iştirak edib.

İdarə rəisi bildirib ki, hər il bu humanist tədbir həyata keçirilir: "Hesab edirəm ki, 28 May Respublika Günündə bu, cənab Prezident İlham Əliyev tərəfindən atılan çox gözəl addımdır. R.Ramazanov məhkumların bir də cinayət hadisələrinə yol verməyəcəklərinə inandığını deyib.

Əfv olunanlar isə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirərək, törətdikləri əməllərdən peşman olduqlarını dilə gətiriblər.

Daha sonra Pentensiar xidmətin Qobustan ərazisində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində 7 nəfər azadlığına qovuşub. Onlardan 5-i İran vətəndaşıdır.

Son olaraq Qobustan həbsxanasından 6 nəfərə buraxılış vəsiqəsi təqdim olunub.

Ümumilikdə Penitensiar Xidmətin tabeliyində olan 1 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 2 saylı cəzaçəkmə müəssisəsindən 18 nəfər (3-ü İran vətəndaşı), 4 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər (1-i iranlı), 5 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər (Türkmənistan vətəndaşı), 6 saylı cəzaçəkmə müəssisəsindən 13 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, 9 saylı cəzaçəkmə müəssisəsindən 1, 10 saylı cəzaçəkmə müəssisəsindən 16, 11 saylı cəzaçəkmə müəssisəsindən 1, 12 saylı cəzaçəkmə müəssisəsindən 1, 15 saylı cəzaçəkmə müəssisəsindən 2 (biri Əfqanıstan vətəndaşı), 16 saylı cəzaçəkmə müəssisəsindən 5 nəfər (ikisi İran vətəndaşı), 17 saylı cəzaçəkmə müəssisəsindən isə 7 nəfər azadlığa buraxılıb.

İxtisaslaşmış müalicə mərkəzindən 3, müalicə müəssisəsindən 4, Şəki penitisiar müəssisəsindən 7 nəfər azadlığa buraxılıb.

Bundan əlavə Bakı İstintaq təcridxanasından 2, 3 saylı İstintaq təcridxanasından 1 nəfər azadlığa buraxılıb.

Məntəqə tipli cəzaçəkmə müəssisələrində ümumilikdə saxlanılan 43 nəfər azad edilib. Onlardan biri İran vətəndaşıdır.

Qeyd edək ki, əfv olunanlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 nəfər şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işlərinə məhkum edilmiş bir nəfər və cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan azad ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm