Sloveniyada Respublika Günü ilə əlaqədar tədbirlər keçirildi
Bizi izləyin

Qırmızı.az

Sloveniyada Respublika Günü ilə əlaqədar tədbirlər keçirildi

Sloveniyada 28 MayRespublika Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşən Mons otelində Azərbaycanın müstəqilliyinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub. Tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin rəhbərliyi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyadakı səfiri Qalib İsrafilov tədbirin açılışında çıxış edərək qonaqları salamlamış, ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsi, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra respublikamızda gedən proseslər və əldə olunmuş uğurlardan danışıb.

Mərasimin bədii hissəsində gənc musiqiçi Çingiz Mustafayev tarda Rizvan Əliyevin müşayiəti ilə Azərbaycan və dünya musiqisinin tanınmış mahnılarını səsləndirib.

Bədii hissə başa çatdıqdan sonra mərasim iştirakçılarına ziyafət verilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm