İnternet media üçün 100 milyon manat ayrılacaq
Bizi izləyin

Qırmızı.az

İnternet media üçün 100 milyon manat ayrılacaq

"Bir çox insanlar internet mediasından ticarət və digər məqsədlərlə istifadə edirlər”.

Publika.az-ın məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev “Yeni Media və Yeni çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, internet informasiya və məlumatların sürətli şəkildə kütləyə çatdırılması baxımından böyük inkişaf yolu keçib:

“Bu gün Azərbaycanda internetdən biznes fəaliyyəti üçün də istifadə olunur. Belə ki, bir çox portallar biznes fəaliyyəti ilə məşğul olaraq məşhur brendlərin məhsullarının istehlakçılara çatdırılmasında böyük rol oynayırlar. Çox sevindiricidir ki, yüksək internetin inkişafı ilə bağlı ölkəmizdə güclü iş gedir. Təbii ki, bu sahədə problemlərimiz də çoxdur. Xüsusilə də insan hüquqlarının pozulması ilə bağlı çoxlu saytda faktlar ortaya çıxıb. Yeni medianın informasiya cəhətdən qorunması qarşıya qoyulan tələblərdən biridir. İnternet jurnalistikası ilə bağlı çoxlu sayda təlimlər, müsabiqələr keçirilir”.

AİF prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz də Azərbaycanda yeni medianın inkişafının çox sürətlə getdiyini söyləyir:

“Hesab edirik ki, Azərbaycanda həm internet, həm də internet mediasının inkiafı çox sürətlə gedir. Azərbaycan Dövlət Neft Fondu tərəfindən internet mediasının inkişafına 100 milyon manat maliyyə yardımının ayrılması gözlənilir. Dövlətin internet mediasına dəstəyi yüksək səviyyədədir. Bəziləriləri hesab edirlər ki, internet mediası həm də biznes sahəsi olduğu üçün dövlətin dəstəyinə ehtiyacı yoxdur. Əslində isə, bu belə deyil. Müasir dünyada internet mediası informasiyaların vaxtında təqdim olunmasında böyük rol oynayır. Bu sahə həm də dünyada baş verən proseslərə təsir etmək gücünə də malik ola bilir. Dünyada tanınmış bir çox media orqanları var ki, öz dövlətlərinin siyasətində əhəmiyyətli rola malikdirlər”.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm