Açıq lük biznesmenin “Prado”sunu aşırdı – VİDEO
Bizi izləyin

Qırmızı.az

Açıq lük biznesmenin “Prado”sunu aşırdı – VİDEO

Mayın 26-da Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qaxbaş kənd sakini Mahir Bayramova məxsus “Toyota Land Cruiser Prado” markalı avtomobil Qax şəhərində, Qaxbaş yolunda hərəkətdə olarkən qəfildən aşıb.

Avtomobilin aşmasına yolda qapağı açıq lük səbəb olub. Nəqliyyat vasitəsinin salonunda yerləşdirilmiş və hadisəni qeydə alan videoregistrin yaddaşına baxdıqda da hərəkətdə olan “Prado”nun təkərinin qəfildən lükə düşdüyü və aşdığı görünür. Avtomobildə tək olan M.Bayramov yüngül xəsarət alıb.

Qeyd edək ki, avtomobilin sürücüsü M.Bayramov iş adamıdır. O, Qaxda fəaliyyət göstərən ən böyük supermarketin – “Payız-74”ün sahibidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm