• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan-Rusiya sərhədindəki avtomobil yolunda sürüşmə (YENİLƏNİB)

Azərbaycan-Rusiya sərhədindəki avtomobil yolunda sürüşmə (YENİLƏNİB)

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən (vergi və gömrük orqanlarının funksiyalarını birləşdirən idarə) Trend-ə bildiriblər ki, "Kazbeqi" NBM-də (Rusiya tərəfdən "Yuxarı Lars") iş dayandırılıb, ətraf ərazi əhatəyə alınıb.

Gürcüstan nümayəndəsinin sözlərinə görə, "NBM-in fəaliyyətinin bərpasına gəldikdə, məntəqənin normal işi yaxın həftələr ərzində bərpa olunacaq". O əlavə edib ki, hadisə yerində onlarla xüsusi texnika çalışır.

12:34

Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb. Bu barədə çərşənbə axşamı Trend-ə şahidlər məlumat veriblər.

Xəbər verilir ki, növbənin yaranmasına bu günlərdə Gürcüstanın Daryal dərəsində Terek çayının subasar sahəsinə böyük dağ süxurlarının tökülməsi ilə əlaqədar Gürcüstanın avtomobil yollarında yaranmış problem səbəb olub.

Şahidlərdən biri deyib: "Nəticədə Gürcüstan-Rusiya sərhədini keçmək istəyən yük maşınları Azərbaycan ərazisi ilə Gürcüstana keçməyə məcbur olublar. Sərhədi keçmək istəyənlərin böyük axını Azərbaycan-Rusiya gömrüyündə ləngimələr yaradıb ki, bu da sərhədin hər iki tərəfində onlarla avtomobildən ibarət növbənin yaranmasına gətirib çıxarıb".

Mayın 17-də Gürcüstandakı Kazbek dağlarının şimal-qərb yamacında Devdorak buzlağının bir hissəsi sürüşüb və yolda palçıq selinə çevrilərək Terek çayının təxminən 400 metr boyunca məcrasını və Gürcüstan-Hərbi yolunu örtüb. Uçqunun hündürlüyü, alimlərin qiymətləndirmələrinə görə, 20 metr təşkil edir.

Gürcüstan KİV-nin məlumatına görə, Qveleti kəndində sürüşən dağ kütləsi altında Gürcüstan-Rusiya sərhədi istiqamətində hərəkət edən avtomobillər və tranzit yük maşınları qalıb. Eləcə də tikilməkdə olan Daryal SES yanındakı tunelin girişini dağ süxurları doldurub və magistral qaz kəmərinin bir hissəsini zədələyib. Bu səbəbdən də Gürcüstandan Ermənistana Rusiya qazının tranziti dayandırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR