Təhsil nazirinə ən çox şikayət edən rayonlar – Sorğu
Bizi izləyin

Qırmızı.az

Təhsil nazirinə ən çox şikayət edən rayonlar – Sorğu

Təhsil Nazirliyi ən çox şikayət məktubu daxil olan rayonların adını açıqlayıb.

Bu barədə nazirlik Axar.az-ın göndərdiyi sorğuya cavab olaraq məlumat verib.

Nazirlik ona ünvanladığımız suala yalnız bir cümlə ilə cavab verib:

“Şikayətlər daha çox Laçın, Kəlbəcər, Ağdam, Lerik, Cəlilabad, Sabirabad, Biləsuvar, Masallı, Ağcabədi, Şəmkir, Tovuz, Goranboy, Daşkəsən, Gədəbəy rayonlarından daxil olub”.

Qeyd edək ki, bir müddət öncə təhsil naziri Mikayıl Cabbarov nazirliyə daxil olan məktublar əsasında bir neçə məktəb direktorunu vəzifədən azad etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm