Avtomobillərin qeydiyyat ilə bağlı YENİLİK
Bizi izləyin

Qırmızı.az

Avtomobillərin qeydiyyat ilə bağlı YENİLİK


“Yol hərəkəti haqqında” qanuna əlavələr edilib. Qanuna edilən əlavələrdən biri nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə bağlıdır.

Həmin əlavədə qeyd olunur ki, avtomobili dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz.

Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

Digər bir əlavəyə görə, nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.

Prezident İlham Əliyev bu gün qanunun tətbiqi haqqında fərman imzalayıb. (publika.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm