İlham Əliyevlə xanımı “Buta” sarayında
Bizi izləyin

Qırmızı.az

İlham Əliyevlə xanımı “Buta” sarayında

İlham Əliyevlə xanımı “Buta” sarayında

Bu gün “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

AzerTac xəbər verir ki, prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndi. Daha sonra prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib. Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə Tofiq Nağıyevə və “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edilib.

Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm