Qırmızı.az
Dövlət Gömrük Komitəsi ittihamları əsassız sayır
Dövlət Gömrük Komitəsi (DGK) bir qrup Qarabağ əlilinin səsləndirdiyi ittihamları əsassız sayır.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, bu
məsələ təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində
birtərəfli olaraq işıqlandırılıb, DGK-nin ünvanına əsası olmayan
qərəzli fikirlər səsləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, yükün əsl sahibi, adı gizli
saxlanılan "sahibkar" Qarabağ əlillərinin adından və statusundan
istifadə edərək müəyyən güzəştlərdən yararlanmağa çalışıb. Eyni
zamanda, gətirilən yükün nəqliyyat müşayiət sənədlərində
çatışmazlıqların mövcud olduğu aşkarlanıb. Əlavə olaraq pul
istənilməsi məsələsinə gəlincə, bu, gömrük orqanları əməkdaşlarına
atılan şər və böhtandan başqa bir şey deyil.
Məsələ ilə bağlı mayın 26-da Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov başda
olmaqla bir qrup Qarabağ əlilini qəbul edib, onların fikirlərini
dinləyib, mövcud qanunvericiliyə uyğun olaraq məsələnin həlli ilə
bağlı müvafiq tövsiyələrini görüş iştirakçılarının nəzərinə
çatdırıb.
Görüşdən razılıqla ayrıldıqdan sonra əlillərin bir qrupu nədənsə
fikirlərini dəyişərək yuxarı instansiyalara müraciət edib,
təhdidedici bəyanatlar səsləndiriblər. Qarabağ Qaziləri İctimai
Birliyinin sədri E.Əsədov şəxsən Dövlət Gömrük Komitəsi ilə əlaqə
saxlayıb, razılığını ifadə edib, görüşdən sonra etiraz edən
əlillərin sadəcə təxribatla məşğul olduqlarını bildirib.
Dövlət Gömrük Komitəsi rəsmi olaraq bir daha bildirir ki, Qarabağ
əlillərinin səsləndirdiyi ittihamlar əsassızdır, məqsədli şəkildə
gömrük orqanlarına atılan şər və böhtandır.
Qeyd edək ki, bəzi KİV-lərin məlumatına görə, mayın 26-da bir qrup Qarabağ əlili Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq iddia ediblər ki, guya onlara məxsus Türkiyədən gətirilmiş 23 ton 800 kiloqram portağal yükü əsassız olaraq Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük keçid məntəqəsində saxlanılıb və onlardan yükün hər tonuna görə əlavə pul istənilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!