Gömrük postları gücləndirilmiş rejimə keçib
Bizi izləyin

Qırmızı.az

Gömrük postları gücləndirilmiş rejimə keçib

Azərbaycanın Rusiya ilə sərhədindəki gömrük postları orada yaranmış növbənin aradan qaldırılması üçün gücləndirilmiş rejimdə çalışır. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Rusiya-Gürcüstan sərhədi ərazisində baş vermiş sürüşmə səbəbindən Türkiyəyə tranzit yüklər daşıyan avtomobillər Azərbaycan ərazisindən keçməyə məcbur olublar. Böyük avtomobil axını Azərbaycan-Rusiya gömrüyündə yubanmalara səbəb olub ki, bu da sərhədin hər iki tərəfində onlarla maşından ibarət növbənin yaranmasına gətirib çıxarıb.

DGK-dan deyiblər ki, nəticədə gömrük postları gücləndirilmiş iş rejiminə keçib və bir avtomobilin sənədləşdirilməsinə ayrılan vaxt 20 dəqiqədən 8 dəqiqəyədək azaldılıb: "Hazırda artıq 200-dən çox avtomobil sərhəddən buraxılıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm