• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məktəbli 12 yaşlı dostunu kerosinlə yandırdı

Məktəbli 12 yaşlı dostunu kerosinlə yandırdı

Ukraynanın Odessa şəhərində məktəbli 12 yaşlı yoldaşının üstünə kerosin tökərək yandırıb. “101” xilasetmə xidmətinə daxil olan məlumata görə, Dunay küçəsində uşağın yandığı haqda xəbər verilib.

Polisin jurnalistlərə verdiyi məlumata görə, məktəblilər dərsdən qaçıb gəzişərkən aralarında mübahisə düşüb. Bu zaman, məktəblidən biri kerosini 12 yaşlı yoldaşının üstünə töküb və kibriti üstünə atıb.

Nəticədə, 12 yaşlı məktəbli 2-ci dərəcəli yanıq yarası alıb və bədəninin 20%-i yanıb. Xəstəxanaya çatdırılan məktəblinin hal-hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR