Azərbaycanlı jurnalistlər müharibə şəraitində işləməyi bilirmi?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı jurnalistlər müharibə şəraitində işləməyi bilirmi?

Xoşqədəm Hidayətqızının Suriyada yaralanması barədə xəbərlər cəmiyyətdə birmənalı qarşılanmadı. Çalışdığı telekanal rəhbərliyi, yaxınları onunla əlaqə saxlayıb yayılan xəbərlər barədə məlumat almaqda problem yaşadılar. Bu hadisə azərbaycanlı jurnalistlərin müharibə bölgəsində işləmək bacarığı və onların təhlükəsizliyi məsələsini gündəmə gətirdi.

X.Hidayətqızının yaralanması xəbəri yalan olsa da, jurnalist müharibə gedən ölkədə hər zaman təhlükədədir. Bəs, jurnalistlərimiz bu şəraitdə necə davranmalı olduqlarını bilirmi? Onların başına gələcək hadisəyə görə, kim məsuliyyət daşıyır?

Beynəlxalq təcrübədə jurnalistlərin müharibə bölgəsinə gedib-getməməsindən asılı olmayaraq, media qurumları öz əməkdaşlarını vaxtaşırı seminarlara göndərilirlər.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev publika.az-a açıqlamasında bildirib ki, müharibə şəraitində işləyən jurnalistlər üçün beynəlxalq standartlar mövcuddur. Bu standartların hazırlanması üçün də müəyyən təşkilatlar tərəfindən işlər görülür. Bu mərkəzlərdən jurnalistlərin eksterimal şəraitdə fəaliyyətini tənzimləyən standartlar müəyyənləşdirir, həm də reabilitasiyasını həyata keçirir. Eksperti yerli jurnalistlərin prosesə nə dərcədə hazırlandığı barədə məlumatının olmadığını bildirib:

“Müharibə şəraitində işləyən jurnalistin təhlükəsizliyini təmin etmək üçün iki şərt var. İlk növbədə, onların hazırlıq keçməsidir ki, budara sənədlərin necə hazırlanmasından başlamış, dövlət orqanları, hərbi strukturlar, qiyamçılarla əlaqələrin standartları öyrədilir. İkinci məqam onların xəsarət alması və daha ağır hadisələrdən, qəzalardan sığortalanmasıdır.

Təhlükəsizlik dərslərinin yalnız müəyyən seminarda təşkil edilməsi vacib deyil. Bu fərdi hazırlıq da ola bilər. Güman edirəm ki, xaricə jurnalist göndərmək imkanı olan KİV-lərdə bu barədə anlayış var və onlar müəyən şərtləri yerinə yetirir”.

Ekspertin sözlərinə görə, bu tələblər təhlükəsizliyi tam təmin etməsə də, 50-60% biliklərə sahib olmaları onların həyatını xilas edir. Lakin standartlara əməl edilməməsi KİV-i məsuliyyət qarşısında qoymur:

“Rəhbərlik bilir ki, mürahibə şəraitinə göndərdiyi jurnalistin xəsarət alması onun üçün həm maddi, həm də mənəvi yük deməkdir. Bundan başqa, işin mənəvi tərəfləri də var. Bunun üçün məcburi standart və ya cəza almağa ehtiyac yoxdur. Telekanal rəhbərliyi göndərdiyi jurnalist qarşısında məsuliyyət daşıyır. Onunla müqavilə imzalanır, şərtlər müəyyən edilir, həyatı sığortalanır”.

Media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, beynəlxalq jurnalist təşkilatlarının bununla bağlı dəqiq peşə öhdəlikləri var. Jurnalistlər üçün müharibə şəraitində tərəfsiz qalmaları ilə bağlı qaydalar müəyyən ediblər.

Z.Məmmədli bildirib ki, həmin jurnalistlə, həmçinin müqavilə imzalanmalıdır ki, başına gələcək hər hansı təhlükə zamanı sığortalanmış olsun. Lakin onlar əsasən, müstəqil fəaliyyət göstərirlər, onlar yalnız hazırladıqları materialı satırlar. Bizdə isə həmin materialları alacaq media qurumu da yoxdur. Buna görə də, müharibə jurnalistləri ilə bağlı məsələ aktual deyil:

“Bizim jurnalistlərin bununla bağlı təcrübəsi yetərli deyil. “Azərbaycan jurnalisti” ifadəsi müstəqillikdən sonra yaranıb ki, bu da qısa bir müddətdir. İkinci məqam, bizim jurnalistlərin müharibə gedən ölkələrə getməsi adi hal almayıb. Çünki media o dərəcədə imkanlı və peşəkar deyil. Jurnalist müharibə bölgəsinə həm də auditoriyanın təlabatını ödəmək üçün gedir. Amma Azərbaycan tamaşaçısı, oxucusu üçün həmin ölkələrdəki vəziyyət maraqlı deyil. Medianın maliyyə imkansızlığını da nəzərə alsaq, bunun kütləvi hal alması və maraq doğurması durumundan danışmaq olmaz”.

Ekspert bildirdi ki, “Yeni Nəsil” Jurnalistlər Birliyi, “İnternyus” bir vaxtlar bu məsələlərlə bağlı təlimlər keçib. Z. Məmmədli auditoriyanın sosial sifarişi, bu materialı hazırlayan jurnalistə qonarar təklifi olmadığı halda, bu məsələnin aktuallaşacağına inanmır.

Müharibə bölgələrindən reportajları ilə seçilən ANS Şirkətlər Qrupunun prezidentinin media üzrə müşaviri Mais Məmmədov bildirib ki, ən qaynar nöqtələrə Vahid Mustafayev özü gedir. Çünki o, əvvəl də müharibə şəraitində işləyib və necə davranmalı olduğunu bilir:

“Sonuncu dəfə Qənirə Ataşova Suriyaya getmişdi, onunla müqavilə imzalanmışdı. Təlimi isə əsasən Vahid Mustafayev keçir. Təcrübəli olduğuna görə, müharibə şəraitində necə işləmək barədə tövsiyələr verir. Amma Liviya, Misir kimi qaynar zonalara özü gedir.Vahid müəllim müxbirlərinin həyatını təhlükə altında qoymamaq üçün müharibə zonalarına da özü gedir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm