Azərbaycanda yarımfabrikat evlər istehsal olunacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yarımfabrikat evlər istehsal olunacaq

Azərbaycanda yarımfabrikat evlər istehsal olunacaq

“Gələn ilin yanvarından başlayaraq Azərbaycanda qısa müddətdə yığılıb- sökülə bilən evlər üçün yanğına davamlı panellərin istehsalı başlanacaq”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikinti İşlərinin Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Kingspan-İzopoli” şirkətinin sədrinin müavini Suat Kıroğlu söyləyib.

Suat Kıroğlu bildirib ki, bu yarımfabrikat evlər fövqəladə hallar zamanı insanların sığınması üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, bu məqsədlə FHN ilə müştərək yaradılacaq müəssisənin tikintisi 50 milyon manata başa gələcək. Suat Kıroğlu bu müəssisənin istehsalı olan bu yarımfabrikat evlərin gələcəkdə Orta Asiya ölkələrinə –Qazaxıstan, Türkmənistan və Qırğızıstana da ixrac ediləcəyini nəzərə çatdırıb: “Bu sahədə Azərbaycan bölgədə logistika mərkəzinə çevriləcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm