“Yanğın təhlükəsizliyi və bina örtükləri” seminarı davam edir
Bizi izləyin

Qırmızı.az

“Yanğın təhlükəsizliyi və bina örtükləri” seminarı davam edir

FHN dəstəyi ilə “Yanğın təhlükəsizliyi və bina örtükləri” mövzusunda seminar keçirilib

FHN dəstəyi ilə “Yanğın təhlükəsizliyi və bina örtükləri” mövzusunda seminar keçirilib.

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikinti İşlərinin Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Kingspon-İzopoli” şirkətinin təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyi və bina örtükləri” mövzusunda seminar keçirilib.

Publika.az-ın məlumatına görə, seminar yanğına qarşı tədbirlər barədə əhalinin məlumatlandırlması məqsədi daşıyır.

Eyni zamanda, tədbirdə Azərbaycanda tikinti sənayesi üçün yanğına davamlı batareyalarla təchizatı istiqamətində FHN və “Kingspan-İzopoli” şirkətinin əməkdaşlığı barədə rəsmən elan olunub.

Tədbirdə adıçəkilən şirkətin nümayəndəsi Patrik Lenehan, İstanbul Texniki Universitetindən elmlər doktoru Əbdürrəhman Kılıç və FHN-nin yüksək vəzifəli nümayəndələri çıxış ediblər.

Çıxışı zamanı şirkətin sədr müavini Suat Kıroğlu seminarın keçirilməsində dəstəyə görə FHN-ə təşəkkürünü bildirib:

“Biz hökumət layihələri üçün nazirliklə əməkdaşlıq edəcəyik və inanırıq ki, seminar tərəfdaşlığımıza və müştərilərimizə faydalı olacaq”.

Ə.Kılıç onu da vurğulayıb ki, təmsil etdiyi şirkət Azərbaycanda artıq 15 ildir fəaliyyət göstərir:

“Şirkətimiz Bakı Gəmiqayırma Zavodu”, Milli Gimnastika Arenası, “Bakı Ekspo Mərkəzi”, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, “PepsiCo” və “Coca-Cola” zavodlarının və digər obyektlərin layihələrini hazırlayıb”.

Vasif Həsənli

Fotolar Xəyalındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm