Millət vəkili sevgidən danışdı: "Ona gül alıram"
Bizi izləyin

Qırmızı.az

Millət vəkili sevgidən danışdı: "Ona gül alıram"

“Bu gün yoldaşımla tanışlığımın və ona evlənmək təklif etməyimin 30 illiyidir”.

“Bu gün yoldaşımla tanışlığımın və ona evlənmək təklif etməyimin 30 illiyidir”.

Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə evliliyinin 30 illiyi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Millət vəkili hər il mayın 27-də həyat yoldaşına 17 dənə gül aldığını deyir:

“27 may 1984-cü ildə bacımın müəlliməsi ilə ilk dəfə söhbət etdik və ona "anamı sizə göndərmək istəyirəm" dedim. Düz 29 ildir bu günü xüsusi qeyd edirik. İki övladımız bu günün təfərrüatlarını incəliyinə qədər bilirlər. Düz 29 ildir hər 27 may günündə ona gül alıram, düz 17 dənə.

Niyə 17 dənə aldığımı bilmirəm, amma düz 17 dənə gül alıram. Düz 29 ildir hər 27 may günündə yoldaşım aldığım güllərə sevinclə baxandan sonra onları sayır. Gülləri niyə saydığını bilmir, amma sayır”-deyə A.Mirzəzadə qeyd edib. /AzVision.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm