Şəkidə avtomobil aşdı: 1 ölü, 4 yaralı
Bizi izləyin

Qırmızı.az

Şəkidə avtomobil aşdı: 1 ölü, 4 yaralı

Şəkidə avtomobilin aşması 1 nəfərin ölümünə, 4 nəfərin xəsarət almasına səbəb olub.

Şəkidə avtomobilin aşması 1 nəfərin ölümünə, 4 nəfərin xəsarət almasına səbəb olub.

Şəkinin Cəyirli kənd sakini 26 yaşlı Vəfadar Hüseynov "Mercedes" markalı avtomobillə, kənd isitiqamətində hərəkətdə olarkən qəfildən idaretməni itirərək yoldan çıxıb və maşın yuvarlanaraq aşıb.

Qəza nəticəsində avtomobil deformasiyaya uğradığından hadisə yerinə dərhal FHN-nin xilasediciləri cəlb olunub. Yaralılar maşından çıxarılarkən avtomobildə olan sərnişin 25 yaşlı Xanım Hüseynova aldığı xəsarətlərdən elə yerindəcə keçinib. Avtomobilin sürücüsü və 2-si azyaşlı olmaqla 4 sərnişin ağır xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Digər ağır xəstə bir nəfər Şirinova Ruhəngiz Qabil qızı diaqnozu müştərək ağır dərəcəli travma, boynun qapalı travması, boyun fəqərələrinin sınığı və travmatik şok diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Digər xəstələrdən 1988-ci il təvəllüdlü Şirinova Gunel boynun və kürək nahiyəsinin qapalı travması, yumşaq toxumaların əziyi diaqnozu ilə ambulator müayinəyə aparılıb. Onun övladları - 2010-cu il təvəllüdlü Şirinova Nuray Anar qızı sol təpə nahiyəsinin kiçik sıyrılmış yarası diaqnozu ilə uşaq cərrahiyyəsinə yerləşdirilib. Ailənin digər üzvü - 2013-cü il təvəllüdlü Şirinov Tunar Anar oğlu sol təpə nahiyəsinin əzilmiş qan axan yarası və diaqnozu ilə ilk yardım göstərilib və uşaq cərrahiyyəsinə yerləşdirilib.

Yaralılardan Ruhəngiz Şirinovanın vəziyyəti daha ağır olduğundan o, paytaxta göndərilib. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm