Qırmızı.az
28 May Respublika günü Talllində qeyd edilib
28 May-Respublika günü münasibətilə may ayının 27-də Tallin şəhərinin qədim hissəsində yerləşən 1407-ci ildə inşa edilmiş "Qarabaşlılar Binası"nın ağ zalında Səfirlik tərəfindən Azərbaycan Respublikasının 96 illik yubileyinə həsr olunmuş rəsmi qəbul keçirilmişdir.
Qəbulda Nazirlər, Estoniya Hökumətinin digər nümayəndələri,
Parlament üzvləri, akkreditə olunmuş diplomatik korpus
nümayəndələri, aparıcı media qurumlarının rəhbər və nümayəndələri,
tanınmış ictimai xadimlər, iş adamları və Azərbaycan diasporunun
nümayəndələri iştirak etmişlər. Həmçinin, fəxri qonaq qismində
Estoniyanın sabiq Prezidenti Arnold Rüütel iştirak etmişdir.
Azərbaycan və Estoniyanın dövlət himnləri səsləndirildikdən sonra,
Azərbaycanın Estoniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri T.
Zülfüqarov rəsmi qəbulu açaraq, Avropa ilə Azərbaycan arasında
mövcud olan ənənəvi əlaqələrin inkişaf etdiyini bildirmişdir.
Regionda həyata keçirilən mühüm layihələri vurğulayan Səfir
Avropanın sabit və davamlı enerji daşıyıcılarının təmin olunmasında
Azərbaycanın rolunu xüsusi qeyd etmişdir.
Qəbul zamanı Səfir T. Zülfüqarov çıxışında Azərbaycanın sürətli
inkişafı və regionun siyasi və iqtisadi lideri olduğunu
vurğulanmışdır.
Bu baxımdan, Bakı-Tbilisi-Ceyxan neft kəməri vasitəsilə Azərbaycan,
Türkmənistan, Qazaxıstan və Rusiya neftinin Aralıq dənizi
limanlarına idxalını təmin edən nəhəng neft terminalının inşasının
Azərbaycanın region ölkələri ilə əməkdaşlığının bariz nümunəsini
əks etdirməsi diqqətə çatdırılmışdır.
Bununla yanaşı, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin
inşası layihəsinin Xəzər regionundan Cənubi Avropa ölkələrinin
enerji təhlükəsizliyinin təmin edəcəyi bildirilmişdir.
Həmçinin, Avropanın dəmir yolu sistemləri ilə birbaşa birləşdiricək
regionun üç ölkəsi Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən
həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ilin
sonunadək inşasının yekunlaşdırılmasının planlaşdırıldığı diqqətə
çatdırmışdır.
Səfir çıxışında, Ermənistanın ölkəmizə qarşı apardığı təcavüz və
onun nəticəsində torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən
işğal edildiyi və bir milyondan çox soydaşımızın qaçqın və məcburi
köçkünə çevrildiyi, Estoniya-Azərbaycan əlaqələrinin inkişafı və
gələcək perspektivləri ətraflı məlumat vermişdir.
Səfirin çıxışından sonra Azərbaycanın bugünkü inkişafına,
adət-ənənələrinə həsr olunan Estoniyada yaşayan Azərbaycan
diasporasının cavan fəalları tərəfindən xüsusi olaraq hazırlanan
video görüntülər nümayiş etdirilmiş, Estoniyada fəaliyyət göstərən
"Qraatsia" rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri maraqlı
qarşılanmış və Azərbaycan milli musiqisinin müşayiəti ilə
mətbəximizin nümunələri qonaqlara təqdim edilmişdir.
Qəbulda, həmçinin, qonaqlara "Bakı" və "IRS-Heritage" jurnalları
paylanılmışdır.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...