Goranboyda avtomobil piyadanı vurub qaçdı
Bizi izləyin

Qırmızı.az

Goranboyda avtomobil piyadanı vurub qaçdı

Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Goranboy rayonun Dəliməmmədli şəhərində yolu keçmək istiyən piyadanı avtomobil vurub və sürücü hadisə yerindən qaçıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə Goranboy rayonun Muzdurlar kənd sakini 22 yaşlı Ağaasif Quliyev avtoqəza ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin sözlərinə görə, Ağaasif Quliyev ölmuş vəziyyətə xəstəxanaya gətirilib. Yaxınları Ağaasif Quliyevi Dəliməmmədli şəhərində yolu keçmək istiyərkən qara rəngli "VAZ 2107" markalı avtomobilin vurduğunu və hadisə yerindən qaçdığını bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm