• USD 1,7002 0,00% EUR 2,0070 +0,24%
    • GBP 2,2488 +0,43% RUB 0,0285 +1,05%

Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.



Azərbaycanın rayonlarında mayın 28-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>