Metropoliten: “«Memar Əcəmi-2» (B-02) stansiyanda eskalatorlar quraşdırılır”
Bizi izləyin

Qırmızı.az

Metropoliten: “«Memar Əcəmi-2» (B-02) stansiyanda eskalatorlar quraşdırılır”

Metropoliten: “«Memar Əcəmi-2» (B-02) stansiyanda eskalatorlar quraşdırılır”

Metropolitenin bu il istismara veriləcək yeni Bənövşəyi xəttində «Avtovağzal» stansiyasının ardınca şərti adı «Memar Əcəmi-2» (B-02) stansiyanın da inşaatında həlledici mərhələ başlanır.

Publika.Az-ın verdiyi xəbərə görə, artıq stansiyada eskalatorların quraşdırılması üzrə işlərə keçilib.

Stansiyada Almaniyanın «Tissen Krupp» («Thyssen Krupp») şirkətinin «Tugela» tipli eskalatorları quraşdırılacaq.

Tezliklə «Memar Əcəmi-2» stansiyasında qeyd edilən avadanlıqların quraşdırma və ardınca sazlamasını icra edən Türkiyənin «Nanə qrup» şirkətinin mütəxəssis heyəti metropolitenin eskalator distansiyasının da iştirakı və nəzarəti ilə əsas işlərə başlayacaq.

Sahəyə metropolitenin nəzarətçisi təyin edilmiş tikilən metropoliten müdiriyyətinin elektromexanika avadanlıqları üzrə aparıcı müfəttişi Samir Balcanov, «Avtovağzal»da işlər yekunlaşmaq üzrə olduğundan artıq qrupun bir neçə işçisi «Memar Əcəmi-2» stansiyasına təhkim edildiyini bildirib.

Onlar burada hazırlıq tədbirlərini yerinə yetirirlər. Tezliklə son tamamlama üçün «Avtovağzal»da 2-3 nəfərdən ibarət kiçik bir qrup saxlanılmaqla əsas qüvvə yeni obyektə yönəldiləcək.

Qeyd edək ki, «Memar Əcəmi-2» stansiyasında 17 eskalator, 4 lift quraşdırılacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm