• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Türkiyə mətbuatı şəhidlərimizdən yazdı

Türkiyə mətbuatı şəhidlərimizdən yazdı

Türkiyə mətbuatı cəbhə xəttindəki vəziyyətdən yazıb.


Bir neçə türk saytı Azərbaycan-Ermənistan cəbhə xəttindəki gərgin vəziyyəti oxucularına çatdırıb. "Sondakika haberler" saytı cəbhədəki vəziyyəti "Azərbaycan-Ermənistan cəbhə xəttində qarşıdurma: 2 ölü" başlıqlı yazısı ilə yayımlayıb.


Məlumatda bildirlir ki, erməni əsgərlərinin açdığı atəş nəticəsində Azərbaycan ordusundan 2 zabiti şəhid olub.


Qeyd edək ki, Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.


Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib./Ans press

Xəbər lenti

DAHA ÇOX XƏBƏR