Bakıda kişi arvadını "kabellə" boğdu
Bizi izləyin

Qırmızı.az

Bakıda kişi arvadını "kabellə" boğdu

Bakıda kişi arvadını "kabellə" boğdu

Azərbaycanda dəhşətli cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qətl hadisəsi paytaxt Bakıda qeydə alınıb.


Mayın 27-də Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Məşəl” düşərgəsində Tərtər rayon sakini Emin Heydərov münaqişə zəminində keçmiş arvadını öldürüb. Kişi Zəngilan rayon sakini olan Şəhanə Nağıyevanı elektrik naqili ilə boğaraq qətlə yetirib.


E.Heydərov könüllü olaraq Nizami RPİ-yə gələrək təslim olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm