Sumqayıtda gəlin-qayınana çuxura düşdü
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda gəlin-qayınana çuxura düşdü

Sumqayıt şəhərinin, "İnşaatçı" qəsəbəsində yol çöküb. Nəticədə ərazidən keçən iki nəfər yaranmış quyuya düşüb.


ANS TV-nin məlumatına görə, çökmənin baş verdiyi ərazidən içməli su borusu keçirmiş. Boruda sızma əmələ gəlib və nəticədə yolun piyadalar üçün nəzərdə tutulan yerində təxminən 2 metr dərinliyində çuxur yaranıb. Hadisə zamanı oradan keçən 1957-ci il təvəllüdlü Sədaqət Məmmədova çuxura düşüb. Onun yanında olan gəlini, 1989-cu il təvəllüdlü Rüxsarə Məmmədova qayınanasını çuxurdan çıxarmağa çalışsa da, özü də ora düşüb. Hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Onlar təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt şəhər xəstəxanasının Zədə Mərkəzinə çatdırılıb. Sədaqət və Rüxsarə Məmmədovalara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Çökmənin baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və Şəhər İcra Hakimiyyətinin nümayəndələri baxış keçiriblər.


Yaranmış çuxur doldurulub, ərazidə təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır. Çuxurun yaranmasına səbəb olan amillər araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm