Özünü 9-cu mərtəbədən atmaq istədi
Bizi izləyin

Qırmızı.az

Özünü 9-cu mərtəbədən atmaq istədi

Bakıda intihara cəhdin qarşısı alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq intihar etməsini nümayiş etdirir.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:35-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm