• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şəhid gizirimiz torpağa tapşırılır

Şəhid gizirimiz torpağa tapşırılır

Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməsi nəticəsində şəhid olan gizirimiz Abilov Xudaverdi Fərhad oğlunun cənazəsi bu gün torpağa tapşırılacaq.

ANS PRESS-in məlumatına görə, 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi bu gün saat 18:00-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.

Dəfn mərasimində Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçılarının iştirak edəcəyi də gözlənilir. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

Basqın zamanı ağır yaralanan əsgərimiz Mirzəzadə Mehman Dadaşbala oğlu isə yaxınlıqdakı hərbi hospitala yerləşdilib. Əsgərin vəziyyətində dəyişiklik yoxdur.

Qeyd edək ki, bu gün erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR