Gülər Əhmədova: “Çox qəliz durumdayam“
Bizi izləyin

Qırmızı.az

Gülər Əhmədova: “Çox qəliz durumdayam“

Bu gün Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com-un məlumatına görə, hakim İlqar Murduzovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edib. O, məhkəmədə audio, video və digər texninki vasitələrdən istifadə olunmasını istəyib. Vəkil həmçinin, Gülər Əhmədovanın dəmir barmaqlıqlar arxasından çıxarılmasını istəyib. Hər iki vəsatət təmin olunmayıb.

Vəkil Cinayət Məcəlləsinin 178.2.3 maddəsi ilə bağlı ittihama xitam verilməsini, apelyasiya şikayətinin məhkəmə istintaqı ilə aparılmasını istəyib.

Gülər Əhmədova bildirib ki, o, ortada heç bir sübut olmadan məhkum edilib: "Elşad Abdullayevin yaydığı videolar montajdır. Birinci məhkəmə instansiyasında keçirilən hazırlıq iclasında Elşad Abdullayevin mülki iddiası təmin olunmadı. O, zərərçəkmiş kimi də tanınmadı. Bizdə belə bir ümid yarandı ki, CM-nin 178.3.2 maddəsi bitdi. Bu, məndə rahatlıq yaratdı. Amma 178-ci maddə ilə hökm elan olundu".

"Bəyin oğurlanması" filmindən sitat gətirən Gülər Əhmədova deyib ki, düşdüyü durum həm qəlizdir, həm də ciddidir: "Mən həmişə Azərbaycan dövlətçiliyinə xidmət etmişəm, düşdüyüm vəziyyətə baxmayaraq, bu xidməti davam etdirirəm. Mən sübut etməliyəm ki, günahsızam, amma məhkəmələr şəriət məhkəməsi kimi aparılır. Məhkəmədə tədqiq olunan sübutlar düzgün qiymətləndirilmir. Məhkəmələrdə bəraət almasam da, vaxt gələcək tarix mənə bəraət verəcək".

Proses günün 2-ci yarısı davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm