Bu gün atəşfəşanlıq olacaq
Bizi izləyin

Qırmızı.az

Bu gün atəşfəşanlıq olacaq

Bu gün Milli Parkda konsert olacaq. ANS TV-nin məlumatına görə, dənizkənarı Milli Park ərazisində bayram tədbiri axşam saat 20.00-da başlayacaq. Hazırlıq işlərinə ötən gündən başlanılıb. Tədbirdən sonra isə təxminən saat 22.00 və 23.00 aralığında atəşfəşanlığın olacağı gözlənilir.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavin Nazim Məcidovun sözlərinə görə, tədbirdə bir çox müsiqiçilər iştirak edəcək.
28 may Respublika günü ilə bağlı aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində işləyəcək. Dənizkənarı Bulvar ərazisində təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 140 briqadası gecə saat 00:00- kimi iş başında olacaq.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi isə bu gün səhər saat 08:00-dan başlayaraq gücləndirilmşi iş rejimində çalışır. Küçələrdə sıxlıq olacağından sürücülər və əhaliyə xəbərdarlıqda olunub. BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov sürücülərdən şəxsi avtomobillərindən az istifadə etmələrini xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm