Ordumuzun zabiti Ramil Səfərov ata oldu
Bizi izləyin

Qırmızı.az

Ordumuzun zabiti Ramil Səfərov ata oldu

Uzun müddət Azırbaycan mediasının gündəmində olmuş Milli Ordunun zabiti, mayor Ramil Səfərovla bağlı yeni xəbər var.

Uzun müddət Azırbaycan mediasının gündəmində olmuş Milli Ordunun zabiti, mayor Ramil Səfərovla bağlı yeni xəbər var.

Ramil Səfərov ata olub. Mayın 28-də zabitimizin xanımı ona qızı övladı bəxş edib. Ramil Səfərovun xanımı Şəbnəm Səfərova bu barədə öz sevincini Facebook-da belə paylaşıb:

”Yaxşı ki, doğuldun sevimli Cümhuriyyət, yaxşı ki, doğuldun şirin mələyim. Yaxşı ki, varsan mənə dünyanın ən gözəl duyğusunu yaşadan kişi”.

Xatırladaq ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunan Ramil Səfərova müdafiə nazirinin əmri ilə mayor rütbəsi verilib. Eyni zamanda ona hər bir şəraiti olan 3 otaqlı mənzil də bağışlanılıb.

2012-ci il oktyabrın 9-da Milli Ordunun zabiti Ramil Səfərov evlənib. /Modern.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm