Bakıda 7 maşın toqquşdu, yaralılar var
Bizi izləyin

Qırmızı.az

Bakıda 7 maşın toqquşdu, yaralılar var

Bu gecə paytaxtda zəncirvari qəza baş verib.

Bu gecə paytaxtda zəncirvari qəza baş verib.

Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınmış yol nəqliyyat hadisəsi zamanı 7 avtomobil zəncirvari şəkildə bir-birinə dəyib.

Baş verən qəzada bir nəfər də ağır yaralanıb. “Howo” markalı yanacaq daşıyan yük maşını Əsəd Əhmədov küçəsi ilə metronun İnşaatçılar stansiyası istiqamətində hərəkətdə olarkən sürücü qəfildən idarəetməni itirib. İdarəetmədən çıxan yük maşını əvvəlcə dayanacaqda dayanmış VAZ 2107 markalı minik avtomobilini, onun ardınca da hərəkətdə olan "Opel" markalı minik maşınını vurub.

Yük maşının vurduğu “Opel” qarşısında hərəkət edən “Mersedes”ə, “Mersedes” isə “Toyota”ya çırpılıb.

Zərbənin təsirindən idarə etməni itirən “Toyota” dayanacaqda dayanan piyada 26 yaşlı Ziya İbrahimovu vurub. Hərəkətini davam etdirən yanacaq daşıyan maşın daha sonra bir başqa “Mersedes” və “Nissana”ı da əzib.

Dərhal hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları və Təcili Tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət almış piyada Ziya İbrahimov 1 saylı xəstəxanaya yerləşdirilib.
Qəzanı törədən sürücü isə hadisə yerindən uzaqlaşıb. Yol qəzasının baş verdiyi ərazidə güclü tıxac yaranıb. Yararsız hala düşmüş avtomobillərin cərimə dayanacağına aparılması ilə tıxac aradan qalxıb.

Şahidlərin sözlərinə görə, qəzaya “Howo” markalı yanacaq daşıyan maşının əyləc sistemində yaranmış nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm