Ev sahibi ilə birlikdə yanıb külə döndü
Bizi izləyin

Qırmızı.az

Ev sahibi ilə birlikdə yanıb külə döndü

Bu gecə Bakıda yanğın hadisəsi meydana gəlib.

Bu gecə Bakıda yanğın hadisəsi meydana gəlib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Sabunçu rayonunda ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi 1980-cı il təvəllüdlü Samir Ələhməd oğlu Əliyev də yanaraq dünyasını dəyişib. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin cəsədi aşkar edilib.

Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm