Bakıda təcili yardım maşını qəza törətdi (FOTO) Özəl
Bizi izləyin

Qırmızı.az

Bakıda təcili yardım maşını qəza törətdi (FOTO) Özəl

Bu gün Bakıda təcili yardım maşını ilə minik avtomobili toqquşub.

Publika.az-ın hadisə yerinə olan müxbirinin verdiyi məlumata görə, səhər saat 09.30 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S. Sani Axundov küçəsində, keçmiş "İnqilab" kinoteatrının qarşısında təcili yardım avtomobili ilə "Honda" markalı, 90 RX 549 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı ölüm və xəsarət qeydə alınmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza təcili yardım avtomobilinin sürücüsünün günahı üzündən baş verib.

Qəza nəticəsində yolda tıxac yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları gəlib, faktla bağlı təhqiqat aparır.

Foto Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm