• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Füzulidə Respublika Günü qeyd olundu

Füzulidə Respublika Günü qeyd olundu

Horadiz şəhərindəki Mədəniyyət Sarayında 28 may – Respublika Günü münasibətilə tədbir keçirilmişdir

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bir qrup ictimaiyyət nümayəndəsi ilə birlikdə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışmışdır. Alı Alıyev qeyd etmişdir ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçmiş, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olmuşdur. Bildirmişdir ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsədə onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olmuşdur.

Alı Alıyev qeyd etmişdir ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişafın əsası 96 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir.

“Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir.”

Tədbirdə Rayon Məhkəməsinin hakimi Məhəmməd Bağırov məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycan Xalq Cumhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı vermiş, 70 il sonra-1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etmişdir.

Çıxış edənlər cəmi 23 il mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulamışlar. Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı daxili və xarici problemləri aradan qaldırılmasında Ulu öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində ölkə xilas olunmuş, 1920-ci ildə baş vermiş faciənin yenidən təkrar edilməsinin qarşısı alınmışdır.

Tədbirdə həmçinin cari məsələlər də müzakirə olunmuşdur. Alı Alıyev təhsil, səhiyyə, mədəniyyət məsələləri, işıq, su, qaz, elektrik enerjisi ilə bağlı aidiyyatı idarə müəssisə rəhbərlərinə konkret göstəriş və tapşırıqlar vermişdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR