• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanın dialektoloji atlası hazırlanır

Azərbaycanın dialektoloji atlası hazırlanır

“Dilçilik İnstitutunda Azərbaycanın dialektoloji atlası hazırlanır. İlk növbədə Naxçıvan, Qarabağ dialektoloji atlası hazırlancaq. Təxminən bir il yarıma Naxçıvan atlası hazır olacaq”.

Bu barədə Publika.az-a Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev məlumat verib.

Onun sözlərinə görə, artıq dialektoloji atlas sektoru yaradılıb. Bu sektor yalnız Azərbaycanda yox, İran və digər ölkələrdə dialektlərin monitorinqini aparacaq.

“Ekspedisiya üçün 4-5 nəfəri bu il yayda Naxçıvana göndərəcəyik. Qarabağla bağlı dialektlər arxivdəki sənədlər əsasında araşdırılacaq. Həmin rayonların sakinlərinin yaşadıqları bölgələrə gedib yaşlı insanlardan məlumatlar toplayacağıq. Bundan başqa, Folklor İnstitutunun da araşdırmalarından da bəhrələnəcəyik”.

T.Hacıyev bildirib ki, Cənubi Azərbaycan, Gürcüstan və Dərbənddəki dialektoloji xəritələri toplayıb, 3-4 cildlik bütöv Azərbaycan dialektoloji atlas toplusu hazırlanacaq:

“Bu atlasın hazırlanması tarixi coğrafiyamız üçün çox önəmlidir. Bir dialekt xüsusiyyəti həm Ərdəbil, həm də Dərbənddə, həm Gürcüstanda varsa, bu, Azərbaycanın tarixi coğrafi xəritəsinin hazırlanması üçün baza rolunu oynayacaq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR