Azərbaycan diaspor təşkilatı mükafata layiq görülüb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan diaspor təşkilatı mükafata layiq görülüb

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Hollandiyada artıq ikinci dəfə keçirilən və 15 nominasiyada uğurlu fəaliyyətinə görə seçilmiş adamlara, eləcə də qurumlara verilən “Altın Lalə” mükafatına layiq görülüb.

Publka.az-a verilən məlumata görə “Altın Lalə” mükafatı hər il holland və türk əhali arasından seçilmiş siyasətçi, idmançı, jurnalist, iş adamı və təşkilatlara uğurlu, səmərəli fəaliyyətinə görə təqdim edilir.

Bu dəfə “İlin təşkilatı” mükafatı artıq 20 ildən çoxdur fəaliyyət göstərən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinə verilib. Təqdimat mərasimində çıxış edən Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, təşkilat komitəsi 20 illik fəaliyyətimizi nəzərə alaraq onları bu mükafata layiq görüb:“Təşkilatımız tərəfindən görülən işlər barədə məlumat alan insanların sayı gündən- günə artır və diqqəti daha çox cəlb edir. Biz də Hollandiya– Azərbaycan Türk Kültür Dərnəyinin İdarə Heyəti və üzvləri olaraq bu münasibətə layiq olmağa, təşkilatımızı Avropada, eləcə də dünyada daha nüfuzlu qurumlar sırasına çıxarmaq üçün əzmlə işləməyə çalışacağıq”.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi Haaqa şəhərində Opera Alyans Salonunda təntənəli şəkildə keçirilib. Mərasimdən əvvəl Soma kömür mədənində baş verən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm